"Fransanın xarici işlər naziri Ketrin Kolonna iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla görüşündə Yaxın Şərq münaqişəsinin genişlənməsinin və onun Livana yayılmasının yolverilməz olduğunu bəyan edib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

"Nazir həmkarını münaqişənin böyüməsinə, xüsusən də Livana qarşı hər hansı bir gərginlik və ya genişlənməyə qarşı xəbərdar edib. İran İslam Respublikası bu kontekstdə böyük məsuliyyət daşıyır", - məlumatda qeyd olunur.

Kolonna və Abdollahyan arasında görüş Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin İsveçrəyə dövlət səfərini başa vuran respublika prezidenti Emmanuel Makronu müşayiət etdiyi Cenevrədə baş tutub. İranın xarici işlər naziri BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün Cenevrəyə gəlib.