"İndi Fransanın Rusiya nümayəndələri ilə danışıqlar aparması məqsədəuyğun deyil, çünki Rusiya tərəfinin dərc etdiyi kommünikelərdə etibarsız məlumatlar var". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Stefan Sejournet "France 24" telekanalının efirində deyib.

Xarici işlər naziri xatırladıb ki, Fransa və Rusiya terrorizmlə mübarizədə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir: "Bu gün Rusiya nümayəndələrinin danışıqlardan sonra verdiyi kommünikelərin yalan olduğuna görə onlarla müzakirələr aparmaq Fransanın maraqlarına uyğun deyil. Yeni müzakirələr üçün etibar bərpa olunmalıdır".

Aprelin 3-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Fransa Silahlı Qüvvələri naziri Sebastyan Lekornu arasında 2022-ci ilin oktyabrından bəri ilk dəfə telefon danışığı olub. Nazirlər Moskva vilayətində törədilən terror aktını və Ukrayna üzrə danışıqları müzakirə ediblər.