Fransız qoşunları Nigerin qərbindəki Oualam şəhərindəki bazasını tərk edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigerdə ​​dövlət çevrilişindən sonra hakimiyyəti tam şəkildə ələ keçirmiş Vətənin Xilaskarlığı Milli Şurası (VVQŞ) məlumat yayıb.

"Baza Niger hakimiyyətinə təhvil verilib. 193 fransız hərbi qulluqçusu, eləcə də texnika Oualamdan Çadın paytaxtı N'Djamenaya doğru yol alıb", - məlumatda qeyd edilir.

Öz növbəsində Niger Ordusunun Baş Qərargah rəisi, polkovnik Mamane Sani Kiau bildirib ki, oktyabrın 20-dək 284 fransız əsgəri Nigeri tərk edib: "Yaxın günlərdə daha 400 fransız əsgəri Nigerdən çıxarılacaq. Nəticədə onların Nigerdəki sayı təxminən yarıya qədər azalacaq". 

"Lesahel" nəşri yazır ki, Fransa qüvvələrinin Nigerdən çıxarılması ABŞ və Toqo tərəfindən koordinasiya olunur.

Fransa qüvvələri Afrika ölkəsinin yeni hakimiyyət orqanlarının tələbi ilə Nigeri tərk edir. 2023-cü il dekabrın 31-nə kimi Nigerdə ​​heç bir fransız əsgərinin qalmayacağı gözlənilir.