Fransız "L'observatoir" qəzetində yer alan təhlildə terror təşkilatı PKK/YPG-nin Türkiyədə fəaliyyət qabiliyyətinin azaldığı və təşkilatın Suriyanın şimalına sığındığı bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, Ankarada bombalı hücum cəhdi Türkiyənin terrorla mübarizəsini növbəti dəfə gündəmə gətirib.

Hadisələri yaxından təqib edən Fransa mediası da diqqətçəkən təhlillərə yer verib.

"L'observatoir" qəzeti "Terror təşkilatı artıq Türkiyə ərazisində eyni fəaliyyət qabiliyyətinə malik deyil və indi diqqətini Şimali Suriyaya yönəldir" başlıqlı məqalə dərc edib.

Təhlildə qeyd edilir ki, terror təşkilatı PKK/YPG Türkiyədə çox zəif vəziyyətdədir. Hələ də tərəfdarları olsa da, onun silah anbarlarının və təşkilat üzvlərinin əksəriyyətinin məhv edildiyi və ya qonşu ölkələrə qaçdığı üçün təşkilatın artıq regional önəmi olmadığı vurğulanıb.

Qəzet Türkiyənin terror təşkilatlarına qarşı effektiv mübarizəsinə də yer verib.

O, son 4 ildə PKK/YPG terror təşkilatı ilə mübarizədə havadan atəş gücü, xüsusilə Bayraktar TB2 pilotsuz uçuş aparatlarının getdikcə daha çox istifadə edildiyinə diqqət çəkib.