"Fransa Moldovada sosial layihələrə 300 milyon avro ayıracaq və Avropaya inteqrasiya prosesinə dəstək verəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Moldovaya maliyyə dəstəyi platforması iştirakçılarının iclasında bildirib.

Ölkə həmçinin ictimai binaların enerji səmərəliliyinin artırılması, təbii ehtiyatların idarə edilməsi və iqlim dəyişikliyi ilə mübarizə layihələrini dəstəkləməyə davam edəcək.

 

Gözəl Həşimova