Azərbaycandan bu ilin yanvar-avqust aylarında Fransaya neft ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 199 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkənin Fransaya ixrac etdiyi neftin dəyəri isə 75,1 milyon dollar artaraq 118,6 milyon dollar olub.

 

Gözəl Həşimova