Fransanın məlumatların mühafizəsi agentliyi “Amazon” şirkətini cərimələyib.

İqtisadiyyat.az Fransa İnformasiya Texnologiyaları və Azadlıqları üzrə Milli Komissiyasına istinadən xəbər verir ki, şirkət işçilərin işini izləyən nəzarət sisteminə görə 32 milyon avro cərimələnib.

Məlumatda “Amazon”da iş fasilələrini diqqətlə ölçən sistemin tətbiqinin qeyri-qanuni olduğu bildirilib. Şirkət işçilərin fəaliyyətini və performansını izləyən skaner sisteminin ənənəvi monitorinq metodlarından həm əhatəli, həm də hərtərəfli olması baxımından fərqli olduğu vurğulanıb.

Qeyd edək ki, Fransadakı “Amazon” anbarlarında istifadə edilən sistem işçilərin müəyyən iş rejimləri arasında fasilələrinin nə qədər uzun olduğunu müəyyən edir.