Finlandiya Ukrayna silahlı qüvvələrinə təxminən 100 milyon avro (təxminən 109 milyon dollar) dəyərində yeni 20-ci hərbi yardım paketi göndərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib.

“Finlandiya Ukraynaya kömək üçün daha çox müdafiə avadanlığı göndərəcək. Bu qərar hökumətin təklifi ilə noyabrın 17-də Respublika Prezidenti tərəfindən qəbul edilib”, - məlumatda deyilir.

 

Gözəl Həşimova