Finlandiya Ukraynaya 159 milyon avro dəyərində 24-cü hərbi yardım paketini göndərir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkanen bildirib.
Məlumata görə, 2022-ci ilin fevralından bəri ölkənin Ukraynaya ümumi yardımı 2,2 milyard avro təşkil edib.
Yardımın dəqiq məzmunu və çatdırılma vaxtı açıqlanmır.
Nazir bildirib ki, Finlandiya Ukraynanı öz mübarizəsində dəstəkləmək niyyətindədir.
Gözəl Həşimova