Finlandiya noyabrın 18-dən Rusiya ilə sərhəddəki 4 keçid məntəqəsini bağlayacaq.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Finlandiya hökuməti qərar qəbul edib.

Qərara əsasən, bu ilin noyabrın 18-dən gələn ilin fevralın 18-dək Rusiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən dördü bağlanılır.

Bu qərar Rusiya ərazisindən gələn qeyri-qanuni miqrantların sayının artması ilə əlaqədar qəbul edilib.

 

Gözəl Həşimova