Finlandiya hökuməti dekabrın 14-də Rusiya ilə sərhəddə 3 ən böyük sərhəd keçid məntəqəsini sərnişinlər üçün açmağı planlaşdırır.

Bu barədə İqtisadiyyat.az “İlta-Sanomat” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, söhbət Finlandiyanın cənub-şərqindəki üç keçid məntəqəsindən gedir. Bildirilib ki, hakimiyyət Finlandiya vətəndaşları və diplomatlarının sərhədi keçməsi üçün belə tədbirlər görür.

Xatırladaq ki, Finlandiya noyabrın 18-dən Rusiya Federasiyası ilə sərhəddəki 4 keçid məntəqəsini bağlayıb.

 

Gözəl Həşimova