2024-cü ilə qədər Finlandiya kimyəvi, bioloji, radioloji, nüvə təhlükələrinin yaranmasına qarşı avadanlıq və dərmanlar üçün Avropa İttifaqında ən böyük strateji anbarını tikəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, anbarda qoruyucu vasitələr, nəzarət-ölçü avadanlığı, detektorlar, sürətli testlər, dərmanlar və peyvəndlər saxlanılacaq. Bunlar fövqəladə hallarda, xüsusilə Şimali və Şərqi Avropa ölkələrində istifadə edilə bilər.

Bildirilib ki, oxşar anbarlar Fransa, Polşa və Xorvatiyada da yaradılacaq, lakin onların ən böyüyü Finlandiyada tikəcək.

 

Gözəl Həşimova