Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsindəki erməniəsilli əhali üçün çadırlar qurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. 

Qeyd olunur ki, artıq erməniəsilli sakinlər çadırlardan istifadə edir. 

Çadırların Kəlbəcər, Füzuli və Ağdam rayonlarında qurulduğu qeyd edilir.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları humanitar proseslərdə iştirak edib, erməniəsilli insanlara kömək edib.