Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Rizin Döyüş Federasiyasının nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, görüşdə son illərdə MMA-ya Azərbaycanda marağın artdığı qeyd olunub və bu növün inkişafı istiqamətində görülən işlər müzakirə edilib.

Rizin Döyüş Federasiyasının qurucusu Sakakibara Nobuyukini səmimi qəbula görə nazirə minnətdarlıq edib. Son illərdə Azərbaycan idmançılarının döyüş idman növləri üzrə beynəlxalq yarışlarda çıxışları barədə fikir mübadiləsi aparılıb.