Fransada müxalif "Boyun Əyməyən Fransa" (LFI) partiyasının "Fransanın Fələstin dövlətini tanıması" tələbi ilə parlamentə təklif təqdim edəcəyi bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə LFI Parlament Qrupunun sədr müavini Mathilde Panot partiyasının həftəlik mətbuat konfransında açıqlama verib.

Panot bildirib ki, onun partiyası Fransanın Fələstin dövlətini tanıması ilə bağlı təklifi bu gün parlamentə təqdim edəcək.

Panot sözügedən təklif çərçivəsində Fransanın Fələstin dövlətini Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində tanımasını istəyəcəklərini qeyd edərək, Qəzzadan qayıdan fransız həkim heyəti ilə bu gün parlamentdə görüşəcəklərini bildirib.

"İsrailin baş naziri Benyamin Netanyahu bütün Fələstin xalqından Qəzzanın cənubuna sığınmaq istəməsindən sonra 1,4 milyon fələstinli Rəfahda ilişib qaldı. Bütöv bir əhalini cənuba sığınmağa məcbur etmək, sonra isə eyni yerdə çadırlarda yaşayan insanları hədəfə almaqla hansı mesajın verildiyini bilmirəm", - Panot deyib.