Azərbaycan Respublikasi Dövlət Neft Fondu elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "FARAH İNNOVATİONS" MMC olub. Qalib şirkətə 236.741,04 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 350 AZN, predmeti isə İT sistemləri üçün yeni lisenziyaların alınması, mövcud lisenziyaların, vendor texniki xidmətinin müddətinin uzadılması xidmətinin satın alınmasıdır.

Satınalan təşkilatın VÖEN-i:   9900041961

Satınalan təşkilatın ünvanı:    AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

Ətraflı: https://etender.gov.az/main/competition/detail/293943