"Türkiyə yaxın vaxtlarda Qəzzada təhlükəsiz bölgədə səhra xəstəxanası qurmağı planlaşdırır və bu planlarını İsrail və Misirin Səhiyyə Nazirliyinin rəhbərləri ilə müzakirə edib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

"Yaxın vaxtlarda Qəzzada, təhlükəsiz ərazilərdən birində səhra xəstəxanası yerləşdirməyi planlaşdırırıq. Biz bu məsələni İsrail və Misirin səhiyyə nazirləri ilə müzakirə etdik. Onlar qarşılıqlı fəaliyyətə açıq olduqlarını bildirdilər və təklifimizə müsbət cavab verdilər", - deyə nazir bildirib.

Koca həmçinin qeyd edib ki, bu günə qədər Qəzzadan 150 nəfər, o cümlədən onlardan 88-i müalicə olunmaq üçün ​​Türkiyəyə aparılıb. Onlardan 8-nin vəziyyəti ağırdır. Yaxın günlərdə xəstələrdən ibarət yeni qrupunun Türkiyəyə gətirilməsi gözlənilir.