Suriya prezidenti Bəşər Əsəd 2004-cü ildən etibarən ilk dəfə Çinə səfər edəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Suriya prezidenti Bəşər Əsəd bir çox xarici liderin qatılacağı Asiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə Pekində bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Məlumata görə, Bəşər Əsəd Çin prezidenti Xi Jinping  ilə də görüşəcək.

Qeyd edək ki, 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsindən sonra bir çox ölkələrin rəsmiləri Əsədlə əlaqələrini kəsib. Lakin Rusiya, İran və Çin Bəşər Əsədlə münasibətlərini qoruyub saxlayıb.

Gülşən Şərif