Oktyabrın 4-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı və digər təhlükəsizlik məsələləri müzakirə olunub.