"Bu ilin yanvar-avqust ayları ərzində Ermənistanla Müstəqil Dövlətlər Birliyinin ölkələri arasında ticarət dövriyyəsi 55% artıb. Eyni zamanda, Ermənistandan bu ölkələrə ixrac 2 dəfədən çox artıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan Bişkekdə MDB Hökumət Başçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan dağ-mədən və metallurgiya sənayesində əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üçün yenilənmiş tədbirlər kompleksinin qəbulunu dəstəkləyir.

 

Gözəl Həşimova