İran ABŞ-Ermənistan birgə təlimini sərt tənqid edib və bildirib ki, ABŞ-nin bölgədə mövcudluğu sabitlik və təhlükəsizliyə ziddir. Belə ki, ABŞ getdiyi hər yerdə qeyri-sabitlik və təhlükəsizlik problemləri yaradır.

 

Azərbaycanın sədrliyi dövründə türk dünyası daha da koordinə edildi” -  Tural İsmayılov | 1news.az | Xəbərlər

 

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, siyasi şəhçi Tural İsmayılov öz fikirlərini İqtisadiyyat.az-la bölüşüb.

Onun sözlərinə görə, İran Ermənistanın təhdidlərindən vaxtında xəbərdar idi. Sadəcə olaraq İranın hadisələrə yanaşması  təfəkkürə deyil, rəsmi Tehranın rasional məntiqinə söykənir:

"İran vaxtında Ermənistana xəbərdarlıq etmək əvəzinə, Azərbaycanla münasibətləri boş yerə korladı. Əslində Ermənistanda sorosçuların hakimiyyətə gəlməsi və demək olar ki, Qərb agenturası şəbəkələrinin bütün sistemlərdə təmsil olunması İranın geosiyasi və strateji maraqları üçün əsas təhlükələrdən biri hesab olunmalıdır. Bundan başqa, uzun müddətdir Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Qərb casus şəbəkələri, xüsusən də Fransa kəşfiyyatı İran əleyhinə təbliğat aparır. 

Xatırladım ki, Ermənistan ərazilərində ABŞ-nin müxtəlif bioloji laboratoriyalarının olması da bir reallıqdır. İran indiyə kimi bu məsələlərə göz yummub. Lakin Ermənistanın bu gün ABŞ ilə birgə hərbi təlimlər keçirməsinə reaksiya verməsi İranın gecikmiş addımıdır. Çünki Ermənistanın Qərb imperialist dairələrlə müxtəlif paltformalarda əməkdaşlığı var. Bu isə Rusiya daxil olmaqla, regiondakı digər ölkələrin də təhlükəsizliyini təhdid edir. Həmçinin bölgənin təhlükəsizliyi üçün ciddi siqnallar yaranır. ABŞ-Ermənsitan hərbi təlimindən sonra İran-Ermənistan münasibətlərində problem yaşanacaq. Fikrimcə, bir müddət hər iki ölkə bir-birinə qarşı müəyyən bəyanatlar yayacaqlar. Hər bir halda İran Azərbaycan və Türkiyəyə qarşı olan neqativ düşüncələrində Ermənistandan vasitə kimi istifadə edir. Ona görə də İran-Ermənistan münasibətlərindəki gərginlik uzunmüddətli olmayacaq".

Qeyd edək ki, Ermənistan sentyabrın 11-20-də "Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq" çərçivəsində ABŞ ilə "Qartal tərəfdaşı 2023" birgə təlim keçirir.

Gülşən Şərif