"Ermənistanda qərarların qəbulu zamanı insanların fikirləri nəzərə alınmır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova bildirib.

“Təkcə bu gün deyil, həm də millətin tarixi kontekstində ümummilli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir, hakimiyyət ictimai rəyə arxalanmadan, seçkilərin nəticələrinə əsaslanmadan bu qərarları qəbul edirlər”, - deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanda hökumət rəsmilərinin son hərəkətləri seçkilərdən əvvəl vəd etdikləri hər şeyə ziddir.

 

Gözəl Həşimova