Ermənistanda İrana məxsus dövlət nömrə nişanlı avtobusun dərəyə aşması nəticəsində üç nəfər ölüb.
İqtisadiyyat.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, hadisə Gorus-Qafan yolunda baş verib.
Hadisə zamanı 6 nəfərin yaralandığı da bildirilib.
Əraziyə xilasedicilər və təcili yardım briqadalı cəlb olunub. Fakt araşdırılır.