Ermənistan polisi İrəvanın mərkəzindəki küçəni avtomobili ilə bağlayan “Ermənistan” fraksiyasının üzvü, müxalifətçi Aşot Simonyanı saxlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müxalifətin “Srbazan paykar” (Müqəddəs mübarizə) rəsmi "Telegram" kanalı məlumat yayıb.

Ermənistan qanunlarına görə, parlament üzvləri deputat toxunulmazlığına malikdirlər.

Qeyd edək ki, səhər saatlarından Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir. Etiraz nəticəsində 226 nəfər saxlanılıb.

 

Gözəl Həşimova