"Ermənistanda Avropa İttifaqına inteqrasiya və ya bloklara qoşulmayan dövlətə çevrilmək imkanları müzakirə olunur". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə "Ermənistanın strateji gələcəyi" forumunda bildirib.

"Qeyd etmək istərdim ki, Ermənistanda təbii ki, Avropaya inteqrasiya ideyası var, lakin qoşulmayan dövlətə çevrilmək ideyası da var. Biz vətəndaş cəmiyyətini dinləyirik və bunun nə olduğunu anlamağa çalışırıq. Bu, Ermənistan üçün təhlükəsizliyi və inkişafı və regionda sülhü təmin edə biləcək ən yaxşı vasitədir", - Qriqoryan deyib.

Bu açıqlama isə Ermənistanın KTMT üzvü olması reallığını yenidən ağıllara gətirib. 

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələri bəyan ediblər ki, İrəvan hazırda KTMT-dən çıxmaq imkanını müzakirə etmir, lakin Ermənistan nümayəndələri son aylar təşkilatın tədbirlərində iştirak etməyiblər. Eyni zamanda, Ermənistan KTMT-dəki səfirini geri çağırıb və diplomatik missiyaya yeni rəhbər təyin etməyib.