Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

MN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.