Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutunu ratifikasiya edib . 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Müzakirələrdə yalnız Baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” fraksiyası iştirak edib. Müxalifət isə səsvermədə iştirak etməyib.

Qanunverici orqanın 60 deputatı layihənin lehinə, 22-si əleyhinə səs verib. Layihənin təsdiqlənməsi üçün 54 səsə ehtiyac var idi.

 

Gözəl Həşimova