"Mən müxalifəti bütün qüvvələrini Paşinyana qarşı yönəltməyə çağırıram". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İrəvanın Şarl Aznavur meydanında “Ana Ermənistan” alyansının mitinqi zamanı Andranik Tevanyan jurnalistlərə bildirib.

“Hakimiyyətin seçkiləri saxtalaşdırması çaxnaşmalara səbəb ola bilər, sanki demokratik hakimiyyətlə bağlı son mif məhv ediləcək. Mən xalqın gücünə inanıram. Əgər xalq seçkilərdə fəal iştirak etsə, o zaman uğur qazanacağıq”, - Tevanyan bildirib.