Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi təhvil verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Xidmətdən qeyd edilib: "İşçi kanallar vasitəsilə Azərbaycana minalanmış bölgələr haqqında məlumatların yer aldığı 8 yeni xəritə yaxın günlərdə təhvil veriləcək".