Ermənistan prezidenti Vahaqn Xaçatryan ilə İraq prezidenti Əbdül Lətif Rəşid arasında görüş olub.

 İqtisadiyyat.az xəbər verir ki, görüş Rəşidin İrəvana səfəri çərçivəsində Ermənistan prezidentinin iqamətgahında baş tutub.

Təkbətək söhbətdən sonra geniş tərkibdə görüş keçirilib. Sonda iki ölkə prezidentləri mətbuata bəyanatlarla çıxış edəcəklər. Xaçaturyan mətbuat konfransında deyib ki, Ermənistan regional və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır.

“Ermənistan suverenlik, yurisdiksiya və qarşılıqlı prinsiplər əsasında bütün regional və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır. Bu da öz növbəsində regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək”, - o bildirib.

İraq prezidenti noyabrın 21-də Ermənistana gəlib. İrəvanda o, baş nazir Nikol Paşinyan və Milli Assambleyanın sədri Alen Simonyanla da görüşəcək.

Qeyd edək ki, Ermənistandan əvvəl Rəşid Azərbaycanda səfərdə olub.