Ermənistan ordusunun hərbçisi Oskan Sarqsyan Azərbaycanla sərhədyanı ərazidə minaya düşərək xəsarət alıb.

İqtisadiyyat.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında olub. Yaralı hərbçi İcevan xəstəxanasına çatdırılıb.

Onun hər iki ayağının amputasiya edildiyi bildirilir.