Ermənistanın Fransadan silah alacağı rəsmən açıqlandı. Nə alacaq və nə qədər alacaq? Hansı pulla alacaq? Biz nə edəcəyik?

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov "Facebook" səhifəsindən məlumat yayıb.

2023-cü ildə Ermənistanın müdafiə xərcləri 501,3 milyard dram təşkil etməsi proqnoz edilirdi. Hazırkı məzənnə ilə bu 1,25 milyard dollar deməkdir.

Azərbaycanda isə bu il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,05 milyard manat ayrılması nəzərdə tutulur ki, bu da 3,6 milyard dollara yaxın bir vəsait deməkdir. (2024-cü ildə isə bu xərclər 6% artırılaraq 6, 4 milyard manata, və ya 3.8 milyard dollar çatdırılması planlaşdırılır)

Mütləq ifadədə Azərbaycanın bu qəbildən olan xərcləri Ermənistandan təxminən 3 dəfə çoxdur. Lakin effektiv anlamda bu fərq ən azı 50-60 qat artıqdır.

Çünki Azərbaycan son 20-25 il ərzində hər il 3-4 qat artıq xərclə hərbi güc formalaşdırıb. Təkcə bu illər ərzində çəkilən xərcin toplam fərqinə baxsaq, bu 70-80 dəfə artıq bir hərbi xərc deməkdir.

Bu azmış kimi Ermənistanın nəyi vardısa, Vətən müharibəsində darmadağın edildi. Buna görə də hər ilə lap milyard yarım pul ayırsalar və Fransadan silah alsalar belə, onların Azərbaycanla müqayisə edilə biləcək orduya sahib olmaları üçün ən azı 15-20 il lazımdır. Həm də bu şərtlə ki, Azərbaycan ayağınıayağının üstünə açırıb otursun, yəni heç nə etməsin. Yalnız bu halda 15-20 il.

Amma nəzərə alsaq ki, Azərbaycan yerində dayanmır, hər il Ermənistandan yenə də 3 dəfə artıq xərc ayırır, deməli ordular arasında olan fərq getdikcə daha da artacaqdır.

Buna görə də o millətin ağlı olsa, Fransıza silah üçün verəcəkləri pulu qarınlarına xərcləsinlər, bir də özlərinə təzə “unitaz” alsınlar.