Ermənistanın baş naziri Nikol Paşinyan Sarkis Hovhannisyanı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsindən azad edib.

İqtisadiyyat.az xəbər verir ki, onun yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrinin icrası xidmətin rəis müavini Artur Qasparyana həvalə edilib. 

Qeyd edək ki, Sarkis Hovhannisyan bu il aprelin 28-də Nikol Paşinyanın qərarı ilə sözügedən vəzifəyə təyin edilmişdi.