“Ermənistan Azərbaycanla sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı yetişib. Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu ifadə edir”, - məlumatda qeyd edilib.

 

Gözəl Həşimova