"İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması mümkündür".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

"Biz konkret tarixlər barədə danışıqlar aparmırıq. İlin sonuna qədər sülh sazişinin imzalanması şansı çox azdır", - deyə vurğulayıb.

Qeyd edək ki, daha əvvəl parlamentdə Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında sülh sazişi imzalaması üçün diplomatik və siyasi səyləri gücləndirmək niyyətində olduğunu bildirib.