Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.

Erməni silahlılarının bu cür terror-təxribat əməlləri ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov öz fikirlərini İqtisadiyyat.az-la bölüşüb.

 

kenan(2)%20(1).jpg

 

Onun sözlərinə görə, Azərbaycan tərəfi erməni havadarlarının necə bir ölkəyə dəstək olduqlarını göstərmək üçün itdən sui-qəsdçi kimi istifadə edilməsi məsələsini beynəlxalq aləmdə qabartmalıdır:

"Ermənilərin heyvanlardan sui-qəsd məqsədilə istifadə etməsi ilk deyil. Ermənistan silahlı qüvvələri dəfələrlə bu yoldan istifadə ediblər. Bir neçə il öncə Tovuzda azyaşlı uşaq çayda oyuncaq tapmışdı. O, oyuncağı evə gətirəndən sonra partlamışdı. Araşdırma zamanı məlum olmuşdu ki, ermənilər mina quraşdırılmış oyuncağı bilərəkdən çaya atmışdılar. İndiyə kimi erməni terroru nəticəsində yüzlərlə mülki vətəndaşlarımız yaralanıb və ya həlak olub. Sanki Ermənistan mina terroru ilə birlikdə assosiyasiya olunub. Mövcud vəziyyətdə ermənilərin Azərbaycan ərazilərini minalamaq imkanı yoxdur. Ona görə də təxribatlarında heyvanlardan istifadə edirlər. Bundan başqa, ermənilər bu yolla diqqəti öz üzərlərindən çəkməyə çalışıblar. Hesab edirəm ki, Azərbaycan mövcud situasiya ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət etməlidir. Çünki beynəlxalq ictimaiyyət heyvanların hüquqlarının qorunmasına xüsusi həssaslıqla yanaşır". 

Gülşən Şərif

 

"Ermənilər təxribat məqsədilə heyvanlardan istifadə edirlər"