İki gün öncə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Biyaqovu geri çağırıb. Səfir postundan geri çağırılan diplomat Ermənistanın Niderlandda səfiri, eləcə də ölkənin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Bu təyinatla bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli öz fikirlərini İqtisadiyyat.az-la bölüşüb.

 

Paşinyan üçün bu il ölüm-qalım məsələsi olacaq" -Əziz Əlibəyli prezidentin  çıxışını ŞƏRH ETDİ - VİDEO

 

Onun sözlərinə görə, Ermənistanın hazırkı addımları gələcəkdə KTMT-dəki iştirakını aşağı səviyyəyə salacaq:

"Öncəliklə qeyd edim ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin axtarışda olduğu Hollandiyada yerləşir. Bu günlərdə məlum oldu ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi Ermənistan parlamentinə göndərilib və parlament tərəfindən qəbul olunacaq. Bu, o deməkdir ki, Haaqa məhkəməsi tərəfindən axtarışda olan Rusiya prezidenti Putin Ermənistana gedə bilməyəcək və ya ölkəyə gəldikdən sonra o, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək beynəlxalq məhkəməyə verilməli olacaq. Fikrimcə, Ermənistanın Roma Əsasnaməsinin ratifikasiyasında əsas məqsədi Putinin ölkəyə girişinə qadağa qoymaqdan çox, Azərbaycanın guya "hərbi cinayətlərinə qarşı mübarizə aparmaq üçün hüquqi əsaslar yaratmaq"dır. 

Başqa bir məsələ də budur ki, Moskva bunu ona qarşı bir aksiya kimi qələmə vermək qərarına gəlib.
Əminəm ki, Ermənistan artıq KTMT-yə yeni səfir təyin etməyəcək. Bu, Ermənistanın KTMT-də iştirakının azalmasıdır. Üstəlik, aylar əvvəl Ermənistan Belarusda planlaşdırılan KTMT hərbi təlimlərində iştirakdan, erməni tərəfi də Ermənistanda KTMT hərbi təlimlərinə ev sahibliyi etməkdən imtina edib.
Görünür, Ermənistan 2024-cü ildə ABŞ-ın təşkil edəcəyi, 2023-cü ildə Avropanın 10 ölkəsinin ərazisində keçirilən "Defender23" hərbi təlimində iştirak etməyi düşünür. Hələ aprel ayında ABŞ Müdafiə Nazirliyi əvvəlcə Ermənistanın adını hərbi təliminin iştirakçıları siyahısına daxil etmişdi, lakin sonradan bu ad çıxarılmışdı. Düşünmək olar ki, o zaman Ermənistanın da təlimlərdə iştirak edəcəyi ilə bağlı ilkin müzakirələr gedirdi. Lakin Rusiya Ermənistana qarşı təsirli rıçaqlar tapdığından  Ermənistan hakimiyyəti çəkinməyə çalışıb".

Gülşən Şərif