Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt səhər saatlarında Moskvaya rəsmi səfərə yola düşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verib.

"Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə səhər saatlarında Rusiya paytaxtına işgüzar səfərə gedib", - deyə Ərəb Liqasının bəyanatında bildirilir.