Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 

İqtisadiyyat.az xəbər verir ki, danışıq zamanı Türkiyə-Ermənistan münasibətləri və regional məsələlər müzakirə edilib.

Tərəflər, həmçinin regionda davamlı sülh və sabitliyin bərqərar olmasının bütün region ölkələrinin inkişafına və rifahına töhfə verəcəyini vurğulayıb və bu istiqamətdə diplomatik səylərini davam etdirəcəkləri bildirilib.