Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Səfər çərçivəsində Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şotsla görüşəcək.

Liderlərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Yaxın Şərq və Şərqi Avropadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.