Prezident Ərdoğan Pakistan prezidenti Asif Əli Zərdari ilə telefon danışığı aparıb. Türkiyə ilə Pakistan arasında əlaqələrin müzakirə olunduğu görüşdə prezident Ərdoğan iki ölkə arasında əlaqələrin hər sahədə gücləndirilməsi əzmində olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Ərdoğan önümüzdəki dövrdə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ilə nümunəvi ikitərəfli əlaqələrin daha da güclənəcəyini bildirib.

Prezident Ərdoğan Pakistanda törədilən terror aktlarında həyatını itirənlərə Allahdan rəhmət diləyib, Zərdarinin Qədr gecəsi və qarşıdan gələn Fitr bayramını təbrik edib.