Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İraq baş naziri Məhəmməd Şiə Əl-Sudani arasında geniş tərkibdə görüş keçirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi məlumat yayıb.
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və İraq baş naziri Məhəmməd Şiə Əl-Sudani ilə geniş tərkibdə görüş keçirildi", - deyə məlumatda qeyd edilib.
Təfərrüatlar barədə məlumat verilməyib.