Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Afrikaya yanaşmasının qarşılıqlı maraqlar əsasında davam edəcəyini və Türkiyə ilə Ruanda arasında əlaqələrin yaxşılaşdırılması üçün səylərin davam etdiriləcəyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ərdoğan fəxri qonaq qismində iştirak etdiyi Dünya Hökuməti Zirvə toplantısındakı təmasları çərçivəsində Ruanda Prezidenti Paul Kaqame ilə görüşündə bildirib.

Açıqlamaya görə, görüşdə Türkiyə-Ruanda əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyənin Afrikaya yanaşmasının qarşılıqlı maraqlar əsasında davam edəcəyini və iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması üçün səylərin davam etdiriləcəyini bildirib.