"Türkiyə və Almaniya birgə səylərlə Yaxın Şərq regionunu İsrail və Fələstin arasında münaqişə alovunun yayılmasından xilas edə bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Berlində Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında deyib. 

"Əgər biz Türkiyə və Almaniya olaraq humanitar atəşkəsi təmin edə bilsək, münaqişə alovunun bütün regiona yayılmasının qarşısını ala biləcəyik. Atəşkəs hamımız üçün əsas prioritetdir", - Ərdoğan bildirib.