"Türkiyə Ukrayna münaqişəsinin həllində vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

"Biz regionumuzda davamlı sülh, sabitlik və rifahın bərqərar olması üçün səylərimizi davam etdirmək əzmindəyik. Əvvəllər münaqişə tərəfləri arasında birbaşa danışıqlara ev sahibliyi edən ölkə kimi çıxış etmişik. Əvvəlki kimi, əlimizdən gələni etməyə hazırıq", - deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqların mümkünlüyü Kiyevin mövqeyindən asılıdır: "Ukrayna Rusiya ilə birgə addımlar atmaq üçün, şübhəsiz ki, mövqeyini yumşaltmalıdır".