"Türkiyə regional münaqişələrin, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli üçün səylərini davam etdirəcək".

İqtisadiyyat.az xəbər evrir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Hökuməti Zirvə toplantısında deyib.

Onun sözlərinə görə, Türkiyə iki ölkə arasında atəşkəs əldə olunması üçün fəal rol oynayır:

"Bu müharibə enerji, ərzaq və hərbi sahəyə təsir edib. Amma biz Rusiya ilə Ukrayna arasında atəşkəs və taxıl sazişini həyata keçirdik. Və əminəm ki, Türkiyə bu və digər münaqişələrin həlli üçün nəticələr əldə etmək məqsədilə bu kontekstdə işləməyə davam edəcək".

 

Gözəl Həşimova