"Türkiyə Silahlı Qüvvələri ölkənin cənub sərhədləri yaxınlığında, Suriya və İraqda yenidən genişmiqyaslı antiterror əməliyyatına başlaya bilər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bəyan edib. 

O, parlamentin yeni iclasının açılışında çıxışı zamanı deyib: "Son terrorçu məhv edilənə qədər həm Türkiyə daxilində, həm də onun hüdudlarından kənarda mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. İstəyirik ki, hamı bizim sözlərimizi həmişə xatırlasın: "Bir gecə qəfil gələ bilərik". Bu ifadə Türkiyə siyasi səhnəsində bir şüara çevrildi, yəni sərhədyanı əməliyyat planları hələ də canlı ola bilər".

Ərdoğan həmçinin bildirib: "Türkiyə öz təhlükəsizliyinə 40 ildir davam edən separatizmlə bağlı təhdidlər məsələsini böyük ölçüdə həll edib".