"Məşğulluğu və istehsalı artıraraq ölkəmizi daim böyütməklə yanaşı, inflyasiya ilə də çoxşaxəli mübarizə aparırıq. İqtisadiyyatda atılan addımların, əldə olunan nəticələrin insanların gündəlik həyatına əksini görmək, şübhəsiz ki, müəyyən vaxt tələb edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.

"Amma millətimiz əmin olmalıdır ki, Türkiyə nə böyüməsinə güzəştə gedəcək, nə inflyasiyaya təslim olacaq, nə də öz vətəndaşlarının, xüsusən də aztəminatlıların əziyyətinə göz yumacaq.  Ölkəmizi böyüdərkən millətimizin rifahını yüksəltmək üçün proqramımız, biliyimiz və iradəmiz var. İnvestordan işçiyə, tacirdən fermerə qədər hər bir məhsuldar qardaşın məsələsi bizim məsələmizdir", - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova