"Türkiyə terrorçuların öz ərazisində yerləşməsinə icazə verməyəcək, Suriya və İraqla sərhədlərinin təhlükəsizliyini təmin edəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə Suriya və İraqla sərhədlərinin təhlükəsizliyini təmin edəcək və terror təşkilatlarının onun hüdudları yaxınlığında yerləşməsinə icazə verməyəcək. Gec-tez bizimlə həmsərhəd olan əraziləri, o cümlədən Tel-Rifatı (Suriya) təhlükəsiz zona edəcəyik", - deyə Ərdoğan bildirib. 

O, PKK-nı dəstəkləyən ölkələrə PKK ilə əməkdaşlığın yolverilməzliyi barədə xəbərdarlıq edib: "Biz kimin dəqiq nə etdiyini, kimin əlindən tutduğunu çox yaxşı bilirik. Lazım gələrsə, "bir gecə anidən gələ bilərik" mövqeyindən əl çəkməyəcəyik", - deyə Türkiyə lideri xəbərdarlıq edib.