"Türkiyə nəyin bahasına olursa olsun cənub sərhədlərində "Terroristan"ın qurulmasına icazə verməyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib. 

"Qarşıdan gələn 31 mart seçkiləri üzərində işləyərkən ölkəmizi inkişaf etdirmək üçün də səylərimizi davam etdiririk.

Turizm gəlirləri yüzdə 17 artıb, ölkəyə 57 milyon turist gəlib. Müxalifətin və bəzi faşist dairələrin turizmi alt-üst etmək üçün apardıqları neqativ kampaniyalara baxmayaraq, turizmdə bu tarixi uğurları əldə etdik.

Dünyaya təsir edən mənfiliklərə baxmayaraq, Türkiyə hədəflərinə doğru əzmlə irəliləyir", - Ərdoğan qeyd edib.